4 oktyabr 2011 17:05
AFFA əvəzedicilərdən 1500 “qopara” bildi
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 8-ci turunun oyunlarına da baxılıb. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
8-ci turun “Bakı” – AZAL matçında “Bakı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Kəpəz” – “Sumqayıt Şəhər” matçında “Kəpəz”in 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Simurq” – “Neftçi” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
