4 oktyabr 2011 17:36
Birinci divizion klubları da cəzasız qalmadı
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında futbol üzrə Azərbaycan birinci divizionunun 4-cü turunun oyunlarına da baxılıb. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
Azərbaycan birinci divizionunun 4-cü turunun “Muğan” – “Şuşa” matçında “Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şəmkir” – “Neftçala” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
MOİK – “MKT-Araz” matçında “MKT-Araz”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Matçın 80-ci dəqiqəsində MOİK-in futbolçusu Şamil Səlimxanov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Lokomotiv” – “Şahdağ” matçının 83-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Şıxqayıb Şıxqayıbov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu İqrar Səmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
