4 oktyabr 2011 18:16
Arda: Məni ən çox Azərbaycana məğlubiyyət üzdü
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, qarşıdan gələn Almaniya və Azərbaycanla oyunlar öncəsi o, komandasının Bakıdakı yenilgisini də xatırlayıb:
“Bu iki oyunda 6 xal ala bilərik. 4 xalla da pley-offa çıxmaq olar. Almanlarla ilk matçda yaxşı mübarizə aparmağa çalışdıq. Ancaq qapımızda gördüyümüz erkən qol əhvalımızı pozdu. Bu dəfə daha diqqətli oynayacağıq. Nə lazımdısa, neçə xala ehtiyacımız varsa, onun üçün vuruşacağıq. Almaniya və Azərbaycana məğlubiyyətdən sonra qətiyyən ümidsizliyə qapılmadım. Biz yaxşı komanda olduğumuz bilirik. Uğurlu bir startegiya ilə pley-offa qalacağımızı bilirəm. Buna heç kim mane ola bilməz. Almaniya və Azərbaycanla oyunlarda azarkeşlərimizin üzərinə böyük vəzifə düşür. Bizi dəstəkləsinlər, tribunaları doldursunlar, qalanını biz özümüz həll edəcəyik. Məni ən çox Azərbaycana məğlubiyyət üzdü. Amma açığı, Belçika millisinə baxanda, yenə də şükür etməliyik”.