4 oktyabr 2011 19:45
“Nə olursa olsun, Azərbaycana qalib gəlməliyik”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də milli komandamızla qarşılaşacaq Türkiyə yığmasının üzvü Səlçuk İnan maraqlı fikirlər səsləndirib. Azerisport.az xəbər verir ki, 26 yaşlı futbolçu seçmə mərhələnin qarşıdakı hər iki matçında qələbə qaznamğın vacibliyini vurğulayıb:
“Azərbaycan və Qazaxıstan kimi komandalara qarşı oynayarkən, “bu matçı qazanmalıyıq” – deyə meydanaçaya çıxırıq. Almaniya ilə qarşılaşanda isə, “bərabərə qalsaq da, heç nə olmaz” deyirik. Bəlkə də belə düşünürük deyə, Azərbaycan və Qazaxıstan kollektivləri ilə görüşlərdə çətinlik çəkirik. Baş məşqçimizin bir sözü var: türklər çətin olanı sevirlər. Bəlkə də bütün bu problemlər ondan qaynaqlanır. Amma artıq bunlar geridə qaldı. Nə olursa olsun, Azərbaycan və Almaniyaya qalib gəlməliyik”.
