4 oktyabr 2011 20:38
Vaqif Sadıqov: Anjidəki gələcək taleyim yeni baş məşqçidən asılı olacaq
Futbol üzrə Azərbaycan yığmasının sabiq çalışdırıcısı Vaqif Sadıqov Rusiyanın “Anji” klubundakı gələcək taleyi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Baş məşqçi Hacı Hacıyev istefa verəndə xahiş etdi ki, köhnə məşqçi korpusu qalıb işini davam etdirsin. Buna görə də qaldıq. Hər şeyə yeni baş məşqçinin gəlişindən sonra aydınlıq gətiriləcək. Məhz ondan sonra yeni baş məşqçi bizim qalıb-qalmamağımıza qərar verəcək. Odu ki, komandadakı gələcək taleyimiz yeni baş məşqçinin əlindədi”.