4 oktyabr 2011 20:46
Klub həkimləri üçün seminar keçiriləcək
5 oktyabr 2011-ci il tarixində AFFA-nın inzibati binasında seminar keçiriləcək. Azerisport.az xəbər verir ki, seminarda Premyer Liqamızda çıxış edən klubların əsas və əvəzedici komandalarının və birinci divizion klublarının həkimləri iştirak edəcək.
Seminarın mövzusu klublarda futbolçuların sağlamlığının təşkil olunması, qida rasionunun düzgün təşkili, zədələrin profilaktikası və ən qısa müddətdə müalicə olunması və s. olacaq. Seminar bu sahədə zəngin təcrübəyə malik, bir çox xarici ölkələrin tibb mərkəzlərində çalışmış həkim-travmatoloq Cəfərov Əfqan Ayaz oğlu tərəfindən aparılacaq.
