4 oktyabr 2011 11:28

“Bu fasilədən sonra artıq daha yaxşı AZAL görəcəksiz”

AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi azerisport.az saytının suallarını cavablandırıb. “Təyyarəçilər”in mərakeşli legioneri öncə komandasının qeyri-sabit çıxışını dəyərləndirib:
 
“Sirr deyil ki, AZAL-ın müdafiəsinin cinahları ilə bağlı böyük problemi var. Bu, artıq hamıya məlumdu. Üstəlik, son oyunumuzda iki müdafiəçimiz əvəzedici komandaya göndərilmişdi. Bu üzdən onlar da bizə kömək edə bilmirdilər. Amma biz müdafiədəki çatışmazlıqlar üzərində çalışırıq. Hücum futbolu sərgiləməyə çalışırıq. Baxmayaraq ki, “Bakı” ilə oyunda bu, o qədər də alınmadı. Stadion da bizə kömək etmədi. Qazon çox pis idi. Hər halda mərkəzi arenada gedən yenidənqurma işlərindən danışmağa dəyməz”.
 
Benuahi son oyundakı nəticənin (0:0) ədalətli olduğunu deyir: “Hesab edirəm ki, səfərdə qazanılan 1 xal bizim üçün yaxşı nəticədi. Axı rəqib də sıradan bir komanda deyildi. Oyun bütövlükdə bərabər mübarizə şəraitində keçdi. Demək olmazdı ki, hansısa komanda digərindən yaxşı oynadı. Buna görə də nəticəni qanunauyğun sayıram”.
 
Yarımmüdafiəçi bəzi futbolçuların alışmadığı mövqelərdə oynamasının da təsirsiz ötüşmədiyini deyir: “İbekoyi ilə Kvirtiya müdafiədə oynayırdılar. Bu, onlar üçün alışıq olmaqdıqları bir mövqedi. Bu, təbii ki, bizim ümumi oyunumuza təsirsiz ötüşmür. Amma hər şeyə rəğmən, biz xal qazana bildik”.
 
Benuahi, millinin oyunları ilə əlaqədar yaranan boşluğun AZAL-ın işinə yarayacağına inanır: “Bu fasilə bizə böyük fayda gətirəcək. Bu müddət ərzində öz oyunumuzu analiz edə, buraxdığımız səhvləri görə biləcəyik. Kifayət qədər vaxtımız olacaq ki, öz oyunumuzdakı çatışmazlıqları aradan qaldıraq. Bu fasilədən sonra artıq daha yaxşı AZAL görəcəksiz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.