4 oktyabr 2011 11:51
UEFA yığmamızın oyunlarına təyinatları açıqladı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Norveç və Azərbaycan – Belçika oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az həmin təyinatlarla sizi tanış edir.
Beləliklə, UEFA Azərbaycan – Norveç matçının Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırıb. Azərbaycan – Belçika qarşılaşmasını isə rumınlar idarə edəcəklər.
Bütün təyinatlarla aşağıda tanış ola bilərsiz:
Azərbaycan – Norveç
Hakimlər: Arnold Hunter, Paul Munn, Tomas Feyrfild, Raymond Kranql (hamısı Şimali İrlandiya).
Hakim-inspektor: Janos Rinq (Macarıstan).
UEFA nümayəndəsi: Andrian İksari (Moldova).
6 oktyabr. Saat 18:00. “Dalğa Arena”.
Azərbaycan – Belçika
Hakimlər: Marius Avram, Sebastyan George, Miklos Nagi, Radu Popesku (hamısı Rumıniya).
Hakim-inspektor: Valter Klark (Şimali İrlandiya).
UEFA nümayəndəsi: Mehmt Süheyl Önen (Türkiyə).
10 oktyabr. Saat 18:00. “Dalğa Arena”.
