4 oktyabr 2011 12:01

XL azarkeşləri üstünlüyü əldən vermək istəmir

Futbol üzrə Azərbaycan Premyer Liqasında geridə qalan 8 turu ərzində 47 qarşılaşma keçirilib. Azerisport.az xəbər verir ki, yalnız 1-ci turun “Neftçi” – “Qarabağ” qarşılaşması təxirə salınıb. Sentyabr ayı ərzində baş tutan 25 qarşılaşmada stadionlara 81070 azarkeş gəlib.
 
Ötən ay olduğu kimi sentyabr ayında da ən çox azarkeş Gəncə şəhər stadionunda qeydə alınıb. Premyer Liqanın 5-ci turunda yerli “Kəpəz”in doğma meydanda AZAL-ı 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanı 15000 azarkeş izləyib. Ən az azarkeş isə 5-ci turun “Bakı” - “Rəvan”, 6-cı turun “Rəvan” - “Sumqayıt Şəhər” və 8-ci turun “Qarabağ” - “Turan” qarşılaşmalarında qeydə alınıb – 300 nəfər.
 
Azarkeşlərinin çoxluğuyla yenə əyalət klubları öyünə bilər. Belə ki, sentyabrda “Xəzər Lənkəran”ın ev oyunlarını 25 000, “Kəpəz”in ev oyunlarını isə 20 000 azarkeş stadiondan canlı izləyib. Sentyabr ayı ərzində bütün paytaxt təmsilçilərinin oyunlarına isə cəmi 12720 azarkeş gəlib.
 
Azarkeşlərin daha çox marağına səbəb olan oyunlar isə cari mövsümün 5-ci turuna təsadüf edib – 36950 nəfər. 6-cı turda 11300, 7-ci turda 15900, 8-ci turda isə 14920 azarkeş oyunları stadiondan izləyib. Sentyabrda orta hesabla hər oyunu 3242 nəfər canlı izləyib. Qeyd edək ki, avqust ayı üçün müvafiq göstərici 3581 nəfər olmuşdu. Ümumilikdə, Premyer Liqanın ötən 8 turunun oyunlarını 159870 azarkeş stadionlardan canlı izləyib. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.