4 oktyabr 2011 12:12
Kəpəz XL-ı da geridə qoydu
Futbol üzrə Azərbaycan Premyer Liqasında sentyabr ayında keçirilmiş 25 qarşılaşmada qapılara 54 qol vurulub. Azerisport.az xəbər verir ki, ötən ay üçün orta məhsuldarlıq göstəricisi hər oyuna 2,16 qol olub.
Çempionatın ən sərrast futbolçuları isə hərəyə 4 qol vuran Ceyhun Sultanov (“Kəpəz”), Yuri Fomenko (“Kəpəz”) və Sergey Artyuxdu (“Turan”).
Sentyabr ayı ərzində keçirilən qarşılaşmalarda ən çox qol 6-cı turun “Simurq” - “Kəpəz” oyununda qeydə alınıb. Ev sahibi komandanın qalib gəldiyi oyunda qapılara 6 qol vurulub - 4:2.
Geridə qalan turlar ərzində rəqib qapılarına 14 qol vuran “Kəpəz” cari mövsümün ən çox qol vuran komandasıdı. Turnir cədvəlinin vahid lideri “Xəzər Lənkəran” isə rəqibindən cəmi bir top geri qalır-13 qol. Qapısından 13 top buraxan “Kəpəz” və “Turan” isə müdafiə xətti ən zəif olan komandalardı. Ümumilikdə, cari mövsümdə keçirilmiş 47 oyunda qapılara 107 qol vurulub.
