5 oktyabr 2011 13:36
Norveç Azərbaycanla oyunun favoritidi
Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət yığmamız sabah Bakıda Norveçi qəbul edəcək. Azerisport.az xəbər verir ki, millimiz bu rəqibi ilə doğma azarkeşlərinin gözü önündə qarşılaşmasına baxmayaraq, qonaq komanda qarşılaşmanın favoriti hesab olunur.
Belə ki, bukmekerlər Norveçin qələbə şansını 1.30 əmsalı ilə qiymətləndirirlər. Yığmamızda isə bu 6.80-di. Heç-heçəyə inananlar isə 4.80 əmsalına pul qoyuluşu edə bilərlər.
