5 oktyabr 2011 01:14

Vurğun Hüseynov: Azarkeşlərimizi yenə sevindirmək istəyirik

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Vurğun Hüseynov qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin seçmə mərhələsinin Avstriya və Türkiyə ilə oyunları öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Avstriya və Türkiyə ilə oyunlara hazırlıqlar necə gedir?
- Yığmada əla əhval-ruhiyyə, yaxşı atmosfer var. Belçika və Qazaxıstanla oyunlardan sonra özünəinamımız daha da artıb. Hər bir futbolçu məşqlərdə çox ciddi çalışır. Azarkeşlərimizi yenə sevindirmək istəyirik.
 
- Özünüzü əsas heyətdə meydana çıxmağa hazır sayırsız?
- Şadam ki, yığmaya dəvət olunmuşam. Çağırılmışamsa, deməli, hazıram. Berti Foqtsin ümidlərini doğrultmaq istəyirəm. Bunun üçün saatlarla işləməyə hazıram. Əgər o, qərar versə ki, mən ilk dəqiqələrdən meydana çıxmalıyam, heç bir problem olmayacaq.
 
- Azərbaycanla oyun öncəsi Avstriya yığmasının baş məşqçisi istefa verdi, müvəqqəti çalışdırıcının ümidinə qalıb, bir neçə aparıcı oyunçusu zədəlidi. Bunlar yığmamıza kömək edə bilər?
- Avstriyanın bütün problemlərinə rəğmən, yaxşı yığması var. Biz rəqib barədə düşünməməliyik. Əsas bizim öz oyunumuzdu. Bu oyunda maksimum güclə oynamalıyıq. Matçdan sonra heç kim problemlər barədə danışmır.
 
- Avstriyalılarla oyun aydındı. Bəs Türkiyə ilə oyunda sizcə, yığmamızı nə gözləyir?
- Bir il öncə biz onları yenmişdik. Amma istənilən halda onlar AÇ-yə vəsiqə uğrunda mübarizə aparırlar. Bu, Türkiyə millisinin gücündən xəbər verir. Çox güclü komandadı. Əminəm ki, azarkeşləri də “Türk Telekom Arena”nı tam doluracaqlar. Amma biz ora məğlub olmaq üçün getmirik.
 
- Bu iki oyunda uğur qazanmaq şanslarımızı necə qiymətləndirirsiz?
- Komanda oyunu göstərməliyik. Öz hədəflərimizi gizlətmirik. Bacardığımız qədər yaxşı nəticəyə çalışacağıq.
 
- “Qəbələ”nin son uğursuzluqları barədə nə deyərdiniz?
- Hərdən qətiyyən bəxtimiz gətirmir. Son üç turda ümumiyyətlə bəxt bizdən üz döndərib. Komandamızın yaxşı potensialı var. “Qəbələ” ilk altılığa düşməli, avrokuboklarda oynamalıdı. Mümkün qədər tez özümüzə gəlməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.