5 oktyabr 2011 13:51
Azərbaycan – Avstriya oyunu üçün əlverişli hava
Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Bakıdakı “Dalğa Arena”da AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması Avstriyanı qəbul edəcək. Azerisport.az xəbər verir ki, həmin gün paytaxtımızda əsl futbol havası gözlənilir.
Belə ki, oktyabrın 7-də Bakıda havanın 20 dərəcə isti təşkil edəcəyi bildirilir. Açıq hava gözlənilir.
Xatırladaq ki, Azərbaycan – Avstriya oyunu saat 21:00-da start götürəcək.
