5 oktyabr 2011 01:48
"Azərbaycanla oyun çox önəmlidi"
Futbol üzrə Türkiyə yığma komandasının koordinatoru Okan Buruk qarşıdakı AÇ-2012-nin seçmə mərhələsinin Almaniya və Azərbaycanla oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qardaş ölkə mətbuatına açıqlamasında bunları dilə gətirib.
"Almaniya və Azərbaycanla oyunlar bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Hər iki oyundan maksimum nəticə ilə ayrılmalıyıq. Ölkə xaricində oynayan futbolçular, xüsusilə də Bundesliqada top qovan oyunçularımız aylardı ki, Almaniya ilə matçı səbirsizliklə gözləyir. Bu, oyuna olan marağı daha da artırır. Qrupda heç məğlub olmayan komandaya qalib gəlmək fərqli hisslər yaşadacaq. Bütün futbolçular bu oyuna kökləniblər. Ancaq Azərbaycanla oyun da çox önəmlidi. İnanıram ki, hər iki oyundan istədiyimiz nəticə ilə ayrılacağıq".
