5 oktyabr 2011 14:15
Vüqar Nadirov: Çalışacam elə bir qolu Avstriyaya da vurum
Futbol üzrə yığma komandamızın hücumçusu Vüqar Nadirov AÇ-2012-nin seçmə mərhələsinin Avstriya və Türkiyə ilə oyunları öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Yığmada atmosfer necədi?
- Əla! Hamıda yaxşı əhval-ruhiyyə var. Bizim üçün hər cür şərait yaradılıb ki, yaxşı hazırlaşa bilək. Müsbət köklənmə adətən oyunlarımıza da təsir edir. Bu isə təbii ki, qarşıdakı vacib oyunlar öncəsi bizə çox lazımdı. Axı bizə bu oyunlarda nəticə çox lazımdı.

- Belçika və Qazaxıstanla oyunlar öncəsi psixoloji cəhətdən heç də hər şey qaydasında deyildi. Amma bu dəfə yəqin ki, tam fərqli vəziyyətdi?
- Bəli, əlbəttə. Avstriya Qazaxıstandan güclüdü. Bizə çox çətin olacaq. Amma psixoloji sakitlik çox vacib amildi. Öz meydanımızda oynayacağıq, özü də yaxşı dəstək olmalıdı. Bu oyunlarda da uğurlarımızı davam etdirmək, xal qazanmaq istəyirik.

- Nə qədər əlavə xal toplamaq fikriniz var?
- Altı xalın hamısını qazanmaq istərdik. Amma bunu həyata keçirmək çox çətindi. Real olaraq 4 xala ümid edə bilərik. Bunu qazanmaq mümkündü.

- Sizcə, Avstriya kimi rəqiblə “Dalğa Arena”da qarşılaşmaq nə dərəcədə işimizə yarayacaq?
- Qazon süni olsa da, hamardı. İstədiyin hər şeyi edə bilirsən. Kimin işinə yarayacağını oyun göstərəcək.

- Yeri gəlmişkən, son turda “Turan”ın qapısına elə məhz bu arenada əla qol vurdunuz. Qarşıdakı oyunda da bunu təkrarlamağı düşünürsüzmü?
- Çalışacam. Yenə də elə bir qol vurmaq istərdim. Amma onun nə qədər gözəl alınıb-alınmamasının elə də fərqi yoxdu. Rəqibimiz də qələbə qazanmaq istəyir. Çalışıb onları xalsız yola salmalıyıq.

- Hansı oyun üslubuna əl atacaqsız?
- Berti Foqts necə desə, elə də edəcəyik. Amma əgər qələbə qazanmaq istəyiriksə, əlbəttə, hücuma da diqqət ayırmalıyıq. Avstriyanı məğlub etməli və Türkiyəyə yaxşı əhval-ruhiyyədə yollanmaq lazımdı. Çünki o oyunumuz daha çətin olacaq.