5 oktyabr 2011 14:28
PFL klub həkimləri üçün seminar keçirdi (FOTOLAR)
Bu gün AFFA-nın inzibati binasında Premyer Liqada çıxış edən klubların əsas və əvəzedici komandalarının və birinci divizion klublarının həkimləri üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının təşkil etdiyi və həkim-travmatoloq Əfqan Cəfərov tərəfindən aparılan seminarda futbolçuların sağlamlığının təşkil olunması, qida rasionunun düzgün təşkili, zədələrin profilaktikası və ən qısa müddətdə müalicə olunması kimi mövzular müzakirə edilib.
