5 oktyabr 2011 15:53
Avstriya yığmasında 5-ci itki
İki gün sonra AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizin qonağı olacaq Avstriya yığması növbəti itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, avstriyalılar oktyabrın 7-də millimiz, 4 gün sonra Qazaxıstanla oyunlarda Mark Yankonun da xidmətindən yararlana bilməyəcəklər.
Hollandiyanın “Twente” klubunda çıxış edən hücumçu baş məşqçi əvəzi Villi Ruttensteynerin komandasında 5-ci ciddi itki olub. Ondan öncəs qədər Emmanuel Poqatets, Martin Harnik, Frans Şyemer və Yakob Yantser də millidən kənarlaşdırılmışdı.
