5 oktyabr 2011 16:34
Azərbaycan yığması UEFA-nın rəsmi saytında
Xəbər verdiyimiz kimi, sentyabrın 22-dən oktyabrın 13-ə qədər 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA-nın Nyondakı mənzil-qərargahı ilə üzbəüz yerləşən Futbol Ustalığının Artırılması Mərkəzində təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmişdi. Azerisport.az xəbər verir ki, UEFA-nın saytında yığmamızın qeyd olunan səfəri ilə bağlı videomaterial yerləşdirilib.
