5 oktyabr 2011 18:27
UEFA Çempionlar Liqasında ABŞ klubu
UEFA Çempionlar Liqasında iştirak edən komandalarla bağlı dəyişiklik etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, ali futbol qurumu ÇL-də Avropa ölkələri ilə yanaşı, digər qitələrin də klublarının iştirakına icazə vermək barədə düşünür.
Artıq bu istiqamətdə danışıqlar başlayıb. Əgər razılıq əldə olunarsa, Çempionlar Liqasında iştirak edən ilk klub Amerika Birləşmiş Ştatlarının “Kosmos” komandası olacaq.
Qeyd edək ki, UEFA-nın bayrağı altında keçirilən yarışlarda ancaq Avropa ölkələrinin təmsilçiləri iştirak edirlər.
