5 oktyabr 2011 19:26

“Deməzdim ki, azərbaycanlı futbolçuların texnikası çox yüksəkdi”

Futbol üzrə Avstriya yığmasında müvəqqəti olaraq baş məşqçi vəzifəsini həyata keçirən Villi Ruttenştayner Bakı səfəri öncəsi bir sıra açıqlamalar verib. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq avstriyalıların çalışdırıcısı bunları dilə gətirib:

“Biz Azərbaycanla 94 dəqiqə vuruşmağa hazır olmalıyıq. Məhz bu qdər. Çünki bu komanda öz meydanında çox inamlı oynayır. Fikrimcə, azərbaycanlıların baş məşqçisi Berti Foqts yetirmələrini bu oyuna 4-2-3-1 taktikasıyla çıxaracaq. Yeganə hücumçu da Vaqif Cavadov olacaq. Mən futbolçularıma bir neçə dəfə xəbərdarlıq etmişəm ki, Azərbaycan çox təhlükəli komandadı və sürpriz edə bilər. Onların ev oyunlarının statistikasına baxın. Səfər oyunlarının hamısında uduzsalar da, evdə iki dəfə qələbə qazanıblar, bir dəfə heç-heçə oynayıblar. Yalnız Almaniyaya məğlub olublar”.
 
Ruttenştayner yığmamıza qarşı necə oynamaq istədiklərindən də danışıb: “Biz rəqibə topla oynamaq imkanı verməməliyik.Top onların hər əlinə düşdükdə almağa çalışmalıyıq. Əsas topu nəzarətimizdə saxlamağımızdı. Deməzdim ki, azərbaycanlı futbolçuların texnikası çox yüksəkdi. Amma onlar problem yarada bilirlər”.

Baş məşqçi əvəzi son yoxlama oyunlarından da danışıb: “Komandamızın xüsusilə müdafiə xəttinin çıxışı mənim çox da xoşuma gəlmədi. Onlar çox ləng görünürdülər. “Amdir”dən yeni oyunçu Filip Hosinerin çıxışı xoşuma gəldi. O, əsas komandaya çağılmaqla bağlı ümidləri doğruldur”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.