5 oktyabr 2011 19:37
Millimizin baş məşqçisi: Komandam bundan daha yaxşısını bacara bilərdi
17 yaşadək qızlardan ibarət komandalar arasında AÇ-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Bosniya və Herseqovina oyunundan sonr hər iki komandanın baş məşqçisi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan U-17 yığmasının baş məşqçisi Sissi Rayt 1:2 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Düzdü, yaxşı futbol oynamadılar. Amma bəzi epizodlar var idi ki, onlar qətiyyətli oldular, qol vurmaq üçün iradə nümayiş etdirdilər. Bizim də imkanlarımız oldu. Ümumi götürdükdə, çox gənc komandayıq. Ona görə də təcrübəmizi artırmalıyıq. Komandam bundan daha yaxşısını bacara bilərdi. Bunu etməməsi məyusedici haldır”.
