5 oktyabr 2011 19:45
Avstriya yığması Bakıya darmadağınla gəlir
Futbol üzrə Avstrya yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, müvəqqəti baş məşqçi funksiyasını həyata keçirən Villi Ruttenştayner komandasını “Hatberg” klubu ilə matçda sınayıb.
Birinci divizion təmsilçisiylə qarşılaşmada avstriyalı milli futbolçular 4 cavabsız qolla qələbə qazanıblar. Qeyd edək ki, Avstriya oktyabrın 7-də Bakıda millimizin qonağı olacaq.
