5 oktyabr 2011 19:54
Lukiç: Azərbaycanın qonaqpərvərliyindən çox razıyıq
17 yaşadək qızlardan ibarət komandalar arasında AÇ-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Bosniya və Herseqovina oyunundan sonr hər iki komandanın baş məşqçisi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, Bosniya və Herseqovina U-17 yığmasının baş məşqçisi İliya Lukiç 1:2 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Seçmə mərhələdə çıxış etməyimiz bizim üçün yaxşı təcrübə oldu. Gənc komandayıq və təcrübəmizin artmasına ehtiyacımız var. Rəqibimiz müdafiədə yaxşı oynadı. Təkcə nəticədən yox, Azərbaycanın qonaqpərvərliyindən və AFFA-nın təşkilatçılığından da çox razıyıq”.
