5 oktyabr 2011 11:27
Avstriya yığması Bakıda mətbuat konfransı və açıq məşqə hazırlaşır
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də millimizin qonağı olacaq Avstriya yığmasının Bakıda oyunqabağı mətbuat konfransı və açıq məşqçi olacaq. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 6-da, saat 21:30-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Avstriya yığmasının oyunqabağı mətbuat konfransı baş tutacaq. Saat 22:00-da isə həmin stadionda ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olan məşq keçiriləcək.
