5 oktyabr 2011 00:02
İstefaya göndərildiyini canlı yayımda öyrəndi (VİDEO)
Türkiyə çempionatında maraqlı bir hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, Bank Asya birinci liqada çıxış edən “Sakaryaspor”un baş məşqçisi Şaban Yıldırım bənzəri olmayan bir şəkildə istefaya göndərilib.
Belə ki, son 3 turda ardıcıl yenilgilər alan “Sakaryaspor”un baş məşqçisi Şaban Yıldırım Sakaryada yerli bir TV kanalda idman proqramına dəvət alıb. Komandanın uğursuz çıxışından danışarkən rəhbərliyin yarıtmaz işini önə çəkən çalışdırıcı bunun cəzasını dərhal görüb.
Elə proqramın gedişində “Sakaryaspor”un sahibi Cihan Yıldırım telefonla canlı bağlantı yaradıb. O, canlı efirdəcə baş məşqçiyə “Sizi baş məşqçi postundan istefaya göndərdik” deyə açıqlama verib və bunun səbəblərini açıqlayıb. İstefasını SRT studiyasında eşidən Şaban Yıldırım isə təbii ki, belə bir qərarı gözləmədiyindən şoka düşüb.
