5 oktyabr 2011 11:46
Növbəti turun proqramı açıqlandı
Həftəsonu futbol üzrə Azərbaycan birinci divizionunda 5-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bütün görüşlər fərqli günlərdə, amma eyni saatda keçiriləcək.
Şənbə günü dörd qarşılaşma baş tutacaq. Qalan iki 3 görüş isə bazar gününə təsadüf edəcək.
Növbəti turun proqramı ilə aşağıda tanış ola bilərsiz:
Birinci divizion
5-ci tur
8 oktyabr (şənbə)
"Həkəri" - "Şahdağ"
Sumqayıt şəhəri, "İnşaatçı" stadionu
"Karvan" - "Lokomotiv"
Yevlax şəhər stadionu
MKT "Araz" - "Muğan"
Heydər Əliyev adına İmişli şəhər stadionu
"Qaradağ Lökbatan" - "Şəmkir"
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
09 oktyabr (bazar)
"Neftçala" - "Tərəqqi"
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
"Bakılı" - "Göyəzən"
"Şəfa" stadionu, IV meydança
"Energetik" - MOİK
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
Bütün oyunlar saat 15:00-da başlayacaq.
