5 oktyabr 2011 17:39
Millimiz Bosniyaya uduzdu, ispanlardan növbəti şou (YENİLƏNİB)
Bu gün Bakıda keçirilən 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, 9-cu qrupda mübarizə aparan yığmamızın bu dəfəki rəqibi Bosniya və Herseqovina idi.
Bundan əvvəlki iki görüşdə Ukrayna (0:3) və İspaniyaya (0:7) böyük hesabla məğlub olan komandamız bu oyunda qol və qələbə həsrətinə son qoymağa çalışırdı. Düzdü, Sissi Raytın yetirmələri nəhayət bu dəfə qol həsrətlərinə son qoya bildilər. Lakin bu qarşılaşmada da məğlubiyyətdən yaxa qurtara bilmədilər.
Qrupun digər oyununda isə İspaniya və Ukrayna kollektivləri qarşılaşıb. İspanlar bu dəfə də rəqiblərinə futbol dərsi keçiblər. Özü də maraqlıdı ki, onlar 7 qolun hamısını ilk hissədə vurduqları halda, fasilədən sonra fərqlənməyiblər.
Qeyd edək ki, hər iki oyun eyni vaxtda başladığından millimiz “Dalğa Arena”da, digər iki komanda isə AZAL-ın stadionunda meydana çıxıb.
AÇ-nin seçmə mərhələsi
9-cu qrup
5 sentyabr
Azərbaycan – Bosniya və Herseqovina - 1:2 (1:1)
Qollar: Sarialtin, 7 - Kapetanoviç, 2. Semiç, 68.
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu.
Ukrayna – İspaniya - 0:7 (0:7)
Qollar: Pomares, 4; 13, Frayle, 11; 17, Puiggros, 24, Mendosa, 34, Frayle, 40+3.
Şüvəlan qəsəbəsi. AZAL stadionu.
9-cu qrupdakı yekun durum: İspaniya – 9, Bosniya və Herseqovina – 6, Ukrayna – 3, Azərbaycan – 0.
