5 oktyabr 2011 12:25
Qurbanovsuz Qarabağ 10 futbolçunun ümidinə qalıb
“Qarabağ” artıq məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara “Turan”la oyundan sonra 4 günlük izn vemişdi.
Bu gündən isə komanda milli oyunçularının yoxluğunda məşqlərə start verib. Komanda üzvləri bazada trenajorda çalışdıqdan sonra stadiona yollanıb. Hazırda komandanın sırasında cəmi 10 futbolçu var. Legioner futbolçular Boyan Pavloviç, Georgi Adamiya, Nderim Nedzipi, Leonardo Roşa geri dönüb. Admir Teli isə Albaniya millisinin düşərgəsindədi. Cəzalı olduğuna görə millisinə qoşulmayan Ansi Aqolli isə bu gün Bakıya dönəcək.
Bu gün komandanın tək məşqi nəzərdə tutulsa da, sabaha 2 çalışma planlaşdırılır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov PRO kateqoriyalı kurslarda iştirak etdiyinə görə komandaya onun köməkçisi Elçin Rəhmanov nəzarət edir.
