5 oktyabr 2011 01:26
Seria A klubu baş məşqçisini qovdu
İtaliya A Seriyasının yeni mövsümünə yaxşı başlamayan “Bologna” baş məşqçisini qovub. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi uğursuzluğun əsas səbəbkarı kimi məhz Pyerpaolo Bisolini görüb və onun postundan uzaqlaşdırmağı qərara alıb.
Qeyd edək ki, Bisoli ötən mövsümün sonunda istefaya göndərilən Alberto Malesaninin yerinə “Bologna”ya baş məşqçi təyin olunmuşdu. Ancaq 44 yaşlı mütəxəssisin komandası geridə qalan 5 matçda bir dəfə də olsun, qələbə qazana bilməyincə, rəhbərliyin səbr kasası daşıb.
Hələlik yeni baş məşqçinin kim olacağı bilinmir. Bisolini David Ballardininin əvəzləyəcəyi iddia olunsa da, o, bu komandanı çalışdırmaqdan imtina edib. “Bologna” 5 matçda aldığı 4 məğlubiyyət və bir heç-heçə ilə sonuncu pillədə qərarlaşıb.
