5 oktyabr 2011 12:41
Rəvan Qarabağla oyunun hazırlıqlarına başladı
"Qəbələ" ilə səfər matçından sonra qısamüddətli istirahətə buraxılan "Rəvan" məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, komanda bu gün hazırlıqlara başlayacaq.
Günün tək məşqçi "Dalğa Arena"da baş tutacaq. Baş məşqçi Vladislav Qədirovun klub saytına verdiyi məlumata görə, məşqlər əvvəlki rejimdə keçiriləcək.
Qeyd edək ki, "Rəvan" növbəti matçını oktyabrın 16-da "Dalğa Arena"da "Qarabağ"a qarşı keçirəcək.
