5 oktyabr 2011 12:52
XL tarixində 3-cü göstərici
“Xəzər Lənkəran”ın məğlubiyyətsiz oyunlar seriyası başa çatdı. Azerisport.az xəbər verir ki, komanda 201 gündən sonra yenə Premyer Liqa oyununda məğlubiyyət acısı daddı.
Sonuncu dəfə ötən mövsümün 23-cü turunda, “altılığ”ın martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” həmin gündən çempionatda heç kimə uduzmurdu. Ötən mövsümün son 9, cari mövsümünsə ilk 7 görüşündə bu seriya davam etmişdi. Məğlubiyyətsiz 16 oyunda cənublu futbolçular 8 qələbə qazanaraq 8 heç-heçə edib. Bu matçlarda 23 top vuran “Xəzər Lənkəran” cəmi 9 dəfə qapısında qol görüb.
Bu seriya zamanı 7 səfər matçına çıxan “Xəzər Lənkəran” bu xoşbəxt rəqəmi “İnter”lə “Şəfa” stadionunda artırıb “8”ə çatdırmaq istəsə də, mümkün olmadı. 0:1 hesablı məğlubiyyət komandanın tarixində 3-cü məğlubiyyətsiz seriyanı rəsmiləşdirib. Belə ki, “ağ-yaşıllar”ın hesabında 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriya da var.
201 günlük marafon: Məğlubiyyətdən məğlubiyyətədək
Mövsüm Tarix Tur Rəqib Yer Hesab
2010/11 13.03.2011 23 AZAL (Bakı) s 0:1
2010/11 18.03.2011 24 NEFTÇİ (Bakı) e 1:1
2010/11 02.04.2011 25 BAKI (Bakı) s 0:0
2010/11 10.04.2011 26 QARABAĞ (Ağdam) s 0:0
2010/11 16.04.2011 27 İNTER (Bakı) e 1:1
2010/11 23.04.2011 28 AZAL (Bakı) e 3:0
2010/11 30.04.2011 29 İNTER (Bakı) s 1:1
2010/11 07.05.2011 30 QARABAĞ (Ağdam) e 1:1
2010/11 13.05.2011 31 BAKI (Bakı) e 2:0
2010/11 18.05.2011 32 NEFTÇİ (Bakı) s 1:1
2011/12 06.08.2011 1 SUMQAYIT-ŞƏHƏR e 2:1
2011/12 14.08.2011 2 AZAL (BAKI) s 3:0
2011/12 20.08.2011 3 TURAN (Tovuz) e 3:1
2011/12 27.08.2011 4 RƏVAN (Bakı) s 1:1
2011/12 10.09.2011 5 NEFTÇİ (Bakı) e 1:0
2011/12 17.09.2011 6 QARABAĞ (Ağdam) s 1:0
2011/12 23.09.2011 7 QƏBƏLƏ (Qəbələ) e 2:1
2011/12 30.09.2011 8 İNTER (Bakı) s 0:1
Qeyd edək ki, nu komandanın rekordu 2007-ci ildə gerçəkləşib. 2006/07 mövsümünün fevralın 16-dakı 15-ci tur oyununda Bakıda “Neftçi”yə 0:1 hesabı ilə uduzan komandamız 2007/08 mövsümünün 11-ci turunun noyabrın 10-da “Neftçi”yə bu dəfə Lənkəranda 0:1 hesabı ilə uduzub. Bu 2 məğlubiyyət arasında isə 21 çempionat oyununda “Xəzər Lənkəran”ı udan tapılmayıb.
19 oyunluq seriya da Lənkəranda “Neftçi”yə 0:1 hesabı ilə uduzmaqla başlayıb. Bu, 2005/06 mövsümünün 13-cü turunda, 2005-ci il dekabrın 12-də yaşanıb. 2006/07 mövsümündə 8-ci turun 2006-cı il oktyabrın 22-də isə səfərdə “Karvan”a məğlubiyyət qaçılmaz olub. Bu 2 yenilgi 19 oyun məğlubiyyətsizliyi əhatə edir.
