6 oktyabr 2011 00:48

İvanşiç: Azərbaycan artıq həmin komanda deyil

Futbol üzrə Avstriya yığmasının yarımmüdafiəçisi Andreas İvanşiç AÇ-2012-nin seçmə mərhələsinin qarşıdakı Azərbaycan və Qazaxıstanla oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:

“Hər şeyə rəğmən, bizim bütün fikirlərimiz qarşıdakı oyunlara yönəlib. Elə mənim qayıdışım da yığmaya əlavə güc gətirib. Bu oyunlarda meydana çıxsam, özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəm. Mənim yığmadakı son rəsmi oyunum elə Bakıda Azərbaycana qarşı olmuşdu (0:0). Bu, dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutmuşdu. Əlbəttə, indi hər şey fərqlənir. Amma indi 2005-ci ildəki kimi olmayacaq. Nə Azərbaycan həminki yığmadı, nə də biz”.
 
İvanşiç Azərbaycan – Avstriya matçının süni örtüklü meydançada keçirilməsinin onların çıxışına ciddi təsir göstərməyəcəyini düşünür: “Süni örtükdə də həmin futbol oynanılır. Əksinə, yaxşı süni örtükdə daha sürətli, ötürmələrlə zəngin futbol oynamaq mümkündü, əlavə problemlər olmur. Bizim üçün süni qazon problem deyil”.
 
Təcrübəli futbolçu sonda bunları dilə gətirib: “Ümid edirəm ki, Azərbaycan və Qazaxıstanla oyunlarda yarımmüdafiənin mərkəzində yer alacam. Bu, mənim özümü rahat hiss etdiyim ən yaxşı mövqedi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.