6 oktyabr 2011 19:48

Millimiz uduza-uduza gedir (YENİLƏNİB)

Bu gün 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. Azerisport.az xəbər verir ki, 8-ci qrupda yer alan Azərbaycan millisi də bu gün növbəti oyununa çıxıb.
 
Belə ki, Bernard Lippertin yetirmələri doğma meydanda Norveçi qəbul edib. Hansı ki, bu komanda keçirdiyi ilk oyunda səfərdə İslandiyaya qalib gəlmişdi – 2:0.
 
Yığmamız isə bu görüşə kimi artıq iki oyun keçirmişdi. İlk oyununda səfərdə İngiltərəyə 6 cavabsız qolla uduzan millimiz növbəti matçında da Belçika qarşısında darmadağına üzülmüşdü – 1:4.
 
Bu dəfə isə yığmamız hazırkı seçmə mərhələdə ilk ev oyununa çıxmışdı. Futbolçularımız norveçli həmkarları ilə “Dalğa Arena”da üz-üzə gəldilər. Lippertin komandası bu görüşdə ilk xal və ya xallarını qazanmalıydı. Lakin təəssüf ki, bu dəfə də qismətimiz elə məğlubiyyətə üzülmək oldu.
 
Bu gün qrupumuzun digər oyununda İngiltərə səfərdə İslandiyanın qonağı olacaq. Oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq Belçika isə bu tur istirahət edir.
 
U-21-lər arasında AÇ-nin seçmə mərhələsi
8-ci qrup
6 oktyabr
 
Azərbaycan – Norveç - 0:2 (0:1)
Qol: M.Henriksen, 21 (0:1), T.Borven, 90+2 (0:2)
Baş hakim: Arnold Hanter (Şimali İrlandiya)
Bakı. Dalğa Arena.
 
AZƏRBAYCAN: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Bədavi Hüseynov, 5. Novruz Məmmədov, 6. Mirhüseyn Seyidov (k), 8. Emin Mustafyev, 10. Cavid İmamverdiyev, 15. Amit Quluzadə, 16. RuslanTağızadə, 17. Cihan Özkara, 23. Tural İsgəndərov.
Ehtiyat oyunçular: 12. Osman Umarov, 9. Ruslan Qurbanov, 11. Kamil Nurəhmədov, 14. Rüstəm Abbasov, 19. Emin Cəfərquliyev, 20. Asif Mirili, 21. Zahid Quliyev.
Baş məşqçi: Bernard Lippert:
NORVEÇ: 12. Eyrik-Holmen Yohansen, 2. Veqar Hedenstad, 4. Tomas Roqne (k), 5. Stefan Strannberq, 6. Hovard Nordveyt, 7. Harmet Sinqh, 8. Markus Henriksen, 9. Flamur Kastrati, 14. Yoahim Voqe-Nilsen, 15. Andres Konradsen, 17. Markus Pedersen.
Ehtiyat oyunçular: 1. Andres Kristiansen, 3. Yorgen Hammer, 10. Torqeyr Borven, 11. Yann Erik de Lanlay, 13. Frederik Semb-Berqe, 16. Valon Berişa, 18. Remi Yohanssen.
Baş məşqçi: Per-Yoar Yansen.
 
Oyun başladı
5. Qonaqlar oyuna daha fəal başlayıblar
6. Səlahət komandamızı real qoldan xilas edə bilir
10. Norveçin növbəti təhlükəli hücumu zamanı Qara Qarayev topu uzaqlaşdırmağı bacarır
15. Yığmamız hələ ki, təhlükəli hücumlar qurmaqda çətinlik çəkir və müdafiə olunur
16. Seyidovun uzaqdan zərbəsi qeyri-dəqiq alınır
21. Markus Henriksen sağ cinahla cərimə meydançasına daxil olub qapıya dəqiq zərbə endirir - 0:1
23. Cihan Özkara rəqib qapısına yol tapsa da, hakimlər ofsayd olduğunu bildirirlər
28. Cavid İmamverdiyev çox əla ötürməni dəyərləndirə bilmir
34. Yığmamız çox təhlükəli hücum qursa da, bundan yararlana bilmir
36. Turalın sol cinahdan iti bucaq altında endirdiyi zərbəni qapıçı kornerə çıxarır
37. Yığmamızın ənənəvi Vaqif Sadıqov korneri Özkaranın qeri-dəqiq zərbəsiylə nəticələnir
41. Emin Mustafayev qapıçı ilə üz-üzə qalır. Futbolçumuz yerdə qalsa da, hakim onun simulyasiyaya əl atdığını bildirərək ona sarı vərəqə göstərir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
İlk yarı başa çatdı
Görüşü izləyənlər arasında yığmamızın sabiq məşqçiləri - Vaqif Sadıqovla Ağasəlim Mircavadov da var
İkinci hissə başladı
48. Yığmamızın təhlükəli hücumu zamanı rəqib futbolçular topu kornerə çıxarırlar
49. Kornerdən sonra rəqib qapısı qarşısında yaranan qarışıqlıqdan yararlana bilmirik
54. Yoahim Nilsen sarı vərəqə ilə cəzalandırılır. Maraqlıdı ki, həmin qayda pozuntusunu komanda yoldaşı etmişdi
58. Cihan Özkaranın əvəzində komandamızın digər hücumçusu Ruslan Qurbanov meydana çıxır
60. Nordveytin uzaqdan zərbəsi təhlükəli, amma qeyri-dəqiq alınır
62. Şimali İrlandiyalı hakim nə qədər qəribə olsa da, qapıçı meydançasında kobudluğa məruz qaldığı üçün oyunun dayandırılmamasına etiraz edən Səlahəti sarı vərəqə ilə cəzalandırır. Hakim çox qərəzli qərarlar verir...
65. Yığmamız ikinci hissədə çox fəal oyun nümayiş etdirsə də, hələ ki, hücumlarımız bəhrəsizdi
68. Konradsen kobud oyuna görə sarı vərəqə alır
72. Mustafayevin zərbəsini rəqib qapıçı tutur
74. Kastrate yerini Valon Berişaya verir
76. Amit Quluzadənin əvəzində meydana Emin Cəfərquliyev daxil olur
81. Pedersen yerini Borvenə verir
86. Berişanın uzaqdan zərbəsini Səlahət kornerə çıxarır
90. Qarşılaşmanın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Borven dəqiq zərbə ilə komandasının ikinci qoluna imza atır
Matç başa çatdı
 
23:45. İslandiya – İngiltərə
Baş hakim: Kleman Turpen (Fransa)
Reykyavik. Lauqardalsvellur stadionu.
 
1
Norveç
2
2
0
0
4-0
6
2
İslandiya
2
1
0
1
2-3
3
3
İngiltərə
1
1
0
0
6-0
3
4
Belçika
2
1
0
1
5-3
3
5
Azərbaycan
3
0
0
3
1-12
0

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.