6 oktyabr 2011 01:18
“Azərbaycanla oyuna yalnız 3 xal üçün çıxacağıq”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də millimizi qəbul edəcək Türkiyə yığma komandasının futbolçusu Umut Bulut qarşıdakı oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, həm Almaniya, həm Azərbaycala oyunlarda meydana yalnız 3 xal üçün çıxacaqlarını bildirib:
"Pley-offa qalmaq üçün qarşıdakı iki oyundan ən azı 4 xalla ayrılmalıyıq. Ancaq hər iki görüşə yalnız 3 xal üçün çıxacağıq. Hakan Şükür qədər olmasa da, komandaya fayda verdiyimi düşünürəm".
