6 oktyabr 2011 23:52

Azərbaycan İsveç üzərində qələbə ilə başladı (YENİLƏNİB)

Bu gün futbol üzrə 19 yaşadək yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin 3-cü qrupunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da məhz sözügedən qrupdan çıxmaq üçün mübarizə aparır.
 
Qeyd edək ki, Vəli Qasımovun komandası AÇ-nin seçmə mərhələsində çox çətin qrupa düşüb. Futbolçularımızı İtaliya, Rumıniya və İsveç kimi qabaqcıl futbol ölkələrinin yığmaları gözləyir. Qrup oyunlarına isə İsveç ev sahibliyi edir.
 
Komandamız ilk oyununu bu gün məhz meydan sahiblərinə qarşı keçirib. Qarşılaşmanı Monteneqrodan olan Pavle Radovanoviçin rəhbərlik etdiyi hakimlər idarə edirdilər. Qasımovun yetirmələri çox uğurlu bir oyun keçirərək mühüm qələbəyə imza atıblar.
 
Bu gün qrupumuzun digər oyununda İtaliya Rumıniya ilə qarşılaşıb. Nə qədər maraqlı olsa da, hesabı açan italyanlar sonda meydandan məğlub ayrılıblar.
 
Sonda onu da xatırladaq ki, yığmamızın növbəti oyunu oktyabrın 8-də Rumıniyaya, 11-də isə İtaliyaya qarşı olacaq.
 
U-19-lar arasında AÇ-nin seçmə mərhələsi
3-cü qrup
6 oktyabr
 
İtaliya – Rumıniya - 1:2
Qollar: Qans, 21 - Stanesku, 45, Qavra, 90.
Baş hakim: Artur Soareş (Portuqaliya)
Poskberqsvallen. Varberq stadionu.
 
Azərbaycan – İsveç - 1:0 (2-ci hissə)
Qol: Amil Yunanov, 82.
Baş hakim: Pavle Radovanoviç (Monteneqro).
Falkenberq. Falkenberq stadionu.
 
AZƏRBAYCAN: 1. Orxan Sadıqlı, 3. Şamil Qurbanov, 5. Samir Yusifov, 6. Ramil Mansurov (19. Amil Yunanov, 62), 10. Rəhman Hacıyev, 11. Rizvan Umarov (7. Nurlan Novruzov, 90), 13. Murad Ağayev, 15. Kərim Diniyev (18. Fuad Bayramov, 76), 16. Hacı Əhmədov (k), 17. Müşfiq Teymurov, 20. Tural Qürbətov.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizov, 8. Akif Tağıyev, 9. Elşən Abdullayev, 14. Xanlar Zamanov.
Baş məşqçi: Vəli Qasımov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.