6 oktyabr 2011 13:28

Foqts: Mətbuat konfransına gəlməməyimin səbəbini AFFA-da bilirlər

Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyunu ərəfəsində öncə bunları dilə gətirib:
 
- Qazaxıstan yığması ilə oyunda qazanılan qələbədən sonra komandada ab-hava yaxşıdı. Futbolçular yüksək əhval-ruhiyyədədirlər. Belə ab-havada komandanı növbəti oyuna hazırlamaq daha asandır; futbolçular daha inamlı, soyuqqanlı olurlar. Bütün oyunçular özlərinə inanır və sərbəst məşq edirlər. Avstriyaya gəlincə, bu, gənc və güclü komandadı. Heyətində texnikalı futbolçular var. Onların futbolçuları güclü komandalarda çıxış edirlər, İngiltərə, Almaniya, İsveçrə və Türkiyə kimi ölkələrin çempionatlarında top qovurlar. Bizim futbolçuların hazırlığı isə istənilən səviyyədə deyil, müəyyən çatışmazlıqlar var. Çox təəssüf ki, Murad Hüseynovla Aqil Nəbiyev komandamıza kömək edə bilməyəcək. Bundan əlavə Mahir Şükürovun da itkisi ciddi zərbədi. Təəssüf ki, mənim komandanı hazırlaşdırmaq üçün kifayət qədər vaxtım olmadı.
 
- Bu vaxtı sizə kim vermədi?
- Çoxları deyir ki, digər yığmalar hamısı oyuna 2-3 qalmış toplanır və sair. Amma həmin Belçika çempionatı daha sürətlidi, nəinki bizimki. Hər halda bu problem AFFA və PFL-indi.
 
- Hazırlığa nə vaxt başlamaq istəyirdiniz ki?
- Bir halda ki, soruşdunuz, cavab verim – ötən çərşənbə axşamı, sentyabrın 3-də yox.
 
- Sentyabrdakı oyunlar zamanı mətbuat konfransına niyə gəlmirdiniz?
- Mətbuat konfransına gəlməməyimin səbəbini AFFA-da bilirlər. Mənim bunun üçün əsasım var. Bunda ciddi heç nə görmürəm. Hərdən Almaniya yığmasına Yoahim Lövü Oliver Birhoff əvəzləyir.
 
- Qarşıdakı oyunlardan nə gözləyə bilərik?
- Əgər xatirinizdədisə, avqustda “Dalğa Arena”da Makedoniyaya qarşı ilk yarıda çox yaxşı oyun sərgiləmişdik. Bir ay sonra biz Belçika və Qazaxıstanla oyunların ikinci hissəsində yaxşı oynadıq. Əgər həmin oyunlardakı futbolu sərgiləyə bilsək, yaxşı futbol görəcəyinizi deyə bilərəm.
 
- Mahir Şükürovun əvəzində kim oynayacaq?
- Mənim bununla bağlı müəyyən fikirlərim var. Amma hələ tam müəyyənləşdirməmişəm.
 
- Türkiyənin “Erciyesspor” klubunda oynayan Amit Quluzadəni niyə çağırmamısız?
- Mən gənclərdən ibarəy yığmanın oyununu izləyəcəm. Əgər əsas yığmada hansısa problem olsa, onu Türkiyə ilə oyuna dəvət edəcəm. Amit çox istedadlı oyunçudu. Buna görə də istəyirəm ki, daha çox oyun təcrübəsinə sahib çıxsın. Həm Türkiyədə, həm də gənclərdən ibarət yığmada.

- Yaxınlarda siz Almaniya mətbuatına müsahibənizdə demişdiz ki, AFFA ilə müqaviləni yeniləməyə bilərsiz...
- Mənim bu ilin sonuna kimi müqaviləm qüvvədə olacaq. Komandada inkişaf hiss olunmaqdadı. Alman həmkarlarınıza da bunu demişəm. Mən onlara başqa heç nə deməmişəm.
 
Yeri gəlmişkən sonda onu da bildirək ki, Berti Foqtsu bu mətbuat konfransında 3 qoruyucu da izləyirdi. Təhlükəsizlik xidmətinin işçiləri də konfrans zalında olublar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.