6 oktyabr 2011 14:26
Qolun ardınca olanlar oldu (VİDEO)
Bosniya və Herseqovina kubokunun “Zrinjski” – “Velez” oyununda maraqlı olay yaşanıb. Azerisport.az xəbər verir ki, Mostar derbisi olaraq adlandırılan qarşılaşmada “Velez”in 1:0 önə keçməsindən sonra çıxan olaylar səbəbi ilə qarşılaşma təxirə salınıb. Azarkeşlərin, hətta meydan sahiblərinin bəzi oyunçularının hərəkətləri isə sadəcə təəssüf doğurur.
