6 oktyabr 2011 13:37
Rauf Əliyev: Qələbə qazanmaq istəyirik
Futbol üzrə yığma komandamızın və “Qarabağ”ın hücumçusu Rauf Əliyev qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında aşağıdakıları dilə gətirib:
“Avstriya ilə oyuna hazırıq. Qələbə qazanmaq istəyirik. 10 xal qazanmaq bizim hazırkı hədəfimizdi. Türkiyə ilə oyun barədə hələ düşünmürük. Öz durumuma gəlincə, məndə artıq hər şey qaydasındadı”.
