6 oktyabr 2011 13:44
AFFA: Onların Berti Foqtsla heç bir əlaqəsi yoxdu
Bu gün keçirilən mətbuat konfransında xüsusi təhlükəsizlik xidmətinin əməkdaşlarının da olduğunu xəbər vermişdik. Lakin AFFA-dan azerisport.az saytına bildiriblər ki, onların Berti Foqtsla heç bir əlaqəsi yoxdu.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, onların məqsədi heç də almaniyalı mütəxəssisi qorumaq olmayıb:
“Onlar sadəcə “Sheraton” otelinin öz qoruyucuları idilər. Otel ərazisində hansısa çəkilişlər aparmaq qadağandı. Onların mətbuat konfransına iştirakında da məqsədləri məhz telekameralara nəzarət etmək idi”.