6 oktyabr 2011 13:52
Vurğun Hüseynov: Nəticəyə oynayacağıq
Futbol üzrə yığma komandamızın və “Qəbələ”nin müdafiəçisi Vurğun Hüseynov sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında aşağıdakıları dilə gətirib:
“Mən fərdi qaydada məşq edirdim. Amma indi məndə hər şey qaydasındadı. Komandayla birgə çalışmalara başlamışam. Avstriya ilə oyuna gəlincə, hər iki komanda nəticəyə oynayacaq. Amma biz qələbə qazanmaq istəyirik. Bizim üçün əsas vəzifə də 3 xal qazanmaqdı”.
