6 oktyabr 2011 14:01
Elnur Allahverdiyev: Raufdan qol gözləyirəm
Futbol üzrə yığma komandamızın və “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında aşağıdakıları dilə gətirib:
“Ölkə çempionatı çərçivəsində keçirilən oyunda “Qarabağ”ın hücumçusu Rauf Əliyevə qarşı etdiyim kobudluq səbəbindən onun zədələnməsi və bu barədə yazılan yazılar mənə çox təsir etdi. Mən bunu qəsdən etməmişdim. Sadəcə topa oynamışdım. Çox istərdim ki, Rauf qarşıdakı oyunlara tam sağalsın. Çünki hamı kimi mən də ondan qol gözləyirəm”.
