6 oktyabr 2011 14:13
Berti Foqts: Türkiyə millisi məni maraqlandırmır
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts bu gün keçirilən mətbuat konfransında oktyabrın 11-də keçiriləcək Türkiyə - Azərbaycan oyununa toxunmaq istəməyib. Azerisport.az xəbər verir ki, o, bunu belə əsaslandırıb:
“Mən hazırda ancaq Avstriya ilə oyunu düşünürəm. Türkiyə ilə oyuna gəlincə, onlar hələ məni maraqlandırmır. Bu barədə sabahkı oyundan sonra düşünəcəyik”.
“Mən hazırda ancaq Avstriya ilə oyunu düşünürəm. Türkiyə ilə oyuna gəlincə, onlar hələ məni maraqlandırmır. Bu barədə sabahkı oyundan sonra düşünəcəyik”.
Foqts həmçinin sabah keçiriləcək Türkiyə - Almaniya oyunu üçün proqnozunu da açıqlayıb: “Bir alman kimi, təbii ki, Almaniyanın qələbə qazanacağını gözləyirəm”.
