6 oktyabr 2011 14:58
Neftçi məşqçisini Avropa klublarının düşərgəsinə göndərir
Uşaq və gənclər futbolunun inkişafına hər zaman diqqət yetirən "Neftçi"nin hazırda 50-yə yaxın gənc və yeniyetmə futbolçusu Azərbaycanın yığma komandasının mütxəlif yaş qruplarında çıxış edir. Azerisport.az xəbər verir ki, paytaxt klubunda uşaq və gənclər futbolunun inkişafının daha da sürətlənməsini təmin etmək üçün proqramlar hazırlanıb, layihələr gerçəkləşdirilir.
Bununla bağlı "Neftçi"nin məşqçisi Mehmet Ak oktyabrın 6-dan 13-dək Türkiyənin İstanbul və Ankara şəhərində keçiriləcək seminara qatılacaq. Daha sonra türkiyəli məşqçi klub rəhbərinin göstərişi ilə oktyabrın 13-dən Avropaya səfər edəcək. Orada Avstriyanın "Rapid", "Salzburq", İsveçrənin "Basel" və Hollandiyanın "Utrecht" klublarının düşərgəsində olacaq və bu ölkələrin uşaq-gənclər futbolunun inkişafı ilə yaxından tanış olacaq. Mehmet Ak bu səfərin nəticəsi olaraq, hazırlıq proqramları və təkliflərini hazırlayıb, klub rəhbərliyinə təqdim edəcək.
