6 oktyabr 2011 15:40
DÇ-nin talismanı Dalğa Arenada təqdim olunacaq
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin talismanının təqdimatı keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA bunuAÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçiriləcək Azərbaycan – Avstriya oyunundan əvvəl etmək istəyir.
Qeyd edək ki, sözügedən qarşılaşma saat 21:00-da başlayacaq. AFFA isə bu tədbirin saat 20:45-də başlamasını planlaşdırır.
