6 oktyabr 2011 16:12
Aslan Kərimov: Milli hücum etməkdən qorxmamalıdı
Futbol üzrə 16 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi, “Sumqayıt Şəhər”in oynayan məşqçisi Aslan Kərimov azerisport.az saytına müsahibəsində əsas millimizin qarşıdakı Avstriya və Türkiyə ilə seçmə mərhələ oyunları barədə fikirlərini açıqlayıb.
- Sabah keçiriləcək Avstriya ilə oyundan nə gözləyirsiz?
- Son iki oyunda qazanılan nəticələr bu qarşılaşmada da ən yaxşısını gözləməyə ümidləndirir. Yəqin ki, yığma üzvləri də yaxşı nəticəyə kökləniblər. Etiraf etmək lazımdı ki, Avstriya zəif olmasa da, orta səviyyəli bir komandadı. İtkiləri çox olsa da, gəncləri də unutmaq lazım deyil. Məhz həmin yeni futbolçular millimizlə oyunda özlərini göstərməyə çalışacaqlar, meydana ikiqat güclə çıxacaqlar. Axı bu, onlar üçün yeni baş məşqçi qarşısında özünüsübut imkanıdı.

- Bu oyunda hansı nəticəyə ümid edə bilərik?
- Yığmamız qələbəyə oynamalıdı. Biz vaxtilə bu komandayla Bakıda heç-heçə oynamışdıq – 0:0. Amma indi düşünürəm ki, biz bu komandanı uda bilərik. Amma bunun üçün Türkiyəyə qarşı sərgilədiyimiz oyunu təkrarlamalıyıq. Avstriyalılarla ehtiyatlı oynamaq lazımdı. Doğma meydan amili Azərbaycana kömək edə bilər. Baxmayaraq ki, meydanın düz olması rəqibin də işinə çox yarayacaq.

- Avstriya ilə açıq futbol oynaya bilərik?
- Hazırda Azərbaycan yığması Avropanın heç bir yığması ilə açıq futbol oynaya bilməz. Bəlkə də Lixtenşteyn və Lüksemburqu istisna etmək olar. Avstriya ilə oyunda əks-hücumlara bel bağlamalıyıq. Bildiyimə görə, Rauf Əliyev oynamaya bilər. Onu əvəzləmək çətin olacaq. Baxmayaraq ki, Vaqif Cavadovla Vüqar Nadirov da qol vura bilir. Hücumda dəqiq olmaq lazımdı. Hər şey komanda oyunundan asılıdı.

- Sizcə, yığmamız avstriyalıları nəyin sayəsində məğlub edə bilər?
- Yığmanın öz məşqçiləri var, bunu onlar daha yaxşı bilirlər. Mən sadəcə onu deyə bilərəm ki, biz əks-hücumda oynaya bilərik. Cinahlardan təhlükəli hücumlar qurmalıyıq. Avstriya ilk dəqiqələrdən hücuma atılacaq. Onlar bu görüşün favoriti sayılırlar. Biz artıq 7 xal toplasaq da, bu, heç nə demək deyil. Komandamız yenicə oynamağa başlayıq.
- Avstriyadan sonra Türkiyə ilə də oyunumuz var...
- Layiqli oyun sərgiləməklə orda da xal qazana bilərik. Əminəm ki, meydan sahibləri bütün 90 dəqiqəni hücumda keçirəcəklər. Türklər Bakıda məğlubiyyəti unutmayıblar. Amma biz qol vura bilsək, hər şey dəyişə bilər. Müdafiə xəttimizin işi orda çətin olacaq. Türklərin hücumlarının qarşısını kəsmək heç də asan başa gəlməyəcək. Biz bu oyunda maksimum 1 xala ümid edə bilərik. Artığı real görünmür.
- 7 xal qazanmağımızı uğur saymaq olar?
- Əlbəttə, bu, ilk dəfə qazanılıb və sevinmək olar. Amma oyun planında bizdə hər şeyin qaydasında olduğunu deyə bilmərik. Komanda öz üzərində işləməyə davam etməlidi. Biz hücum etməkdən qorxmamalıyıq. Belçika və Qazaxıstanla oyunlardan sonra azarkeşlərin yığmaya inamı da artıb. Əsas yaxşı oyundu.