6 oktyabr 2011 16:33
“Premyer Liqaya çıxmağı qarşımıza məqsəd qoymuşuq”
Futbol üzrə Azərbaycan birinci divizionunda 5-ci turun oyunları çərçivəsində “Qaradağ Lökbatan” “Şəmkir”i qəbul edəcək. Azerisport.az xəbər verir ki, “Qaradağ Lökbatan”ın rəsmisi Akif Məmmədov oktyabrın 8-də keçiriləcək oyun öncəsi komandadakı son vəziyyət barədə açıqlama verib:
“Komanda gündəlik məşqlərini keçir. Son turdakı qələbədən sonra komandada əhval-ruhiyyə yüksəkdi. Tam heyətlə oyuna hazırlaşırıq. “Şəmkir”lə oyunun da gərgin keçəcəyini düşünürəm. Premyer Liqaya çıxmağı qarşımıza məqsəd qoymuşuq. “Bakılı” və “Neftçala” klublarını çempionatda əsas rəqiblərimiz hesab edirəm. Hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşan “Karvan” da heyətinə təcrübəli futbolçular cəlb edib və bu komanda da güclü rəqiblərimizdəndi”. (PFL)
