6 oktyabr 2011 17:01
Fenerbahçe üçün növbəti şok!
Türkiyə Superliqasındakı danışılmış oyunlarla bağlı başı hələ də qalda olan “Fenerbahçe” klubu haqda yeni şok iddia ortaya atılıb. Azerisport.az xəbər verir ki, bu vaxta qədər sözügedən klubun 1 illiyə cəzalanacağı gündəmdə olsa da, indi həmin müddətin daha artıq – 3 il olacağı bildirilir.
Türkiyə mətbuatının yazdığına görə, “sarı-lacıvərdlilər” öz istəkləri ilə Çempionlar Liqasında iştirakdan imtina etsəydilər, məhz o halda cəzanın müddəti 1 il olacaqdı. Lakin sözügedən qərar Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) çıxarıldığı üçün cəzanın da 3 ilə qədər olması ehtimalı yaranıb.
Belə olan halda, “Fener” bu il də çempion olsa, yenə Avropada çıxış edə bilməyəcək. Xatırladaq ki, son çempion “Fenerbahçe”ni məhz məlum olaylarla əlaqədar olaraq ÇL-də “Trabzsonspor” əvəzləyib.
