6 oktyabr 2011 17:43
FİFA rəsmiləri Bakının bazasını yüksək qiymətləndirdilər (FOTO)
Bakıda FIFA U-17 qadınlararası Dünya çempionatı Azərbaycan-2012-nin oyunlarının keçiriləcəyi stadionlar və məşq meydançalarında çalışan şəxslər üçün treninqlər başlayıb. Azerisport.az xəbər verir ki, tədbirdə FİFA nümayəndələri Oliver Voqt, Stüart Larman, Stefan Baker və Markus Keller iştirak edir.
Treninqlər AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da start götürüb. Növbəti gün tədbir iştirakşıları "Bakı" futbol klubunun təlim-məşq bazasında toplaşıblar.
Gün ərzində praktik və təcrübi məşğıələlər keçən iştirakşılar klub infrastrukturu ilə tanış olub, təbii və süni meydanlara baxış keçiriblər. Gürülən işlərə yüksək qiymət verən FİFA mütəxəssisləri infrastrukturun təkmilləşdirilməsi barədə tövsiyyələrini bildiriblər.
Qeyd edək ki, "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu FİFA U-17 Azərbaycan-2012 qadınlararası Dünya çempionatının keçirələcəyi 4 arenadan biridi.
