6 oktyabr 2011 18:14
Mehman Allahverdiyev Qəbələ üzərində qələbəyə hazırlaşır
5 günlük fasilədən sonra “Kəpəz” məşqlərə start verib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı komandanın baş məşqçisi Mehman Allahverdiyev verib.
Onun sözlərinə görə qarşıda komandanı bir neçə vacib və çətin oyunlar gözləyir: “İndi bütün fikrimizi “Qəbələ” ilə oyuna kökləyirik. Meydana 3 xal üçün çıxacağıq. Komanda tam tərkibdə olmasa da, futbolçularımızın əksəriyyəti artıq məşqlərə başlayıb. Sonuncu “Sumqayıt Şəhər”lə oyunu yığılıb bütün komanda ilə müzakirə edəcəyik. Səhvlərimizi və catışmayan cəhətlər barədə danışacağıq” - deyə Kəpəzin təcrübəli çalışdırıcı əlavə edib.
M.Allahverdiyev hələ də komandasında zədəli oyunçuların olduğunu bildirib: “Bildiyiniz kimi hələ də Elşən Poladovun zədəsi sağalmayıb. Nikolay Svejençev də müalicəsini davam etdirir. Armando Feutçine də sonuncu oyunda zədə alıb. Buna baxmayaraq yenə də “Qəbələ” ilə oyuna komanda var gücü ilə hazırlaşacaq”.
