6 oktyabr 2011 18:23
İnter yoxlama oyununa hazırlaşır
“Xəzər Lənkəran”la keçirilən oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze futbolçulara iki günlük istirahət vermişdi. Azerisport.az xəbər verir ki, oktyabrın 3-dən etibarən “Şəfa” stadionunda toplaşan komanda məşqləri bərpa edib.
“İnter” gün ərzində 2 dəfə məşq edir və “Şuşa” ilə yoldaşlıq matçına hazırlaşır. Qeyd edək ki, məşqlərdə Azərbaycanın gənclərdən ibarət milli komandasına dəvət almış Səlahət Ağayev, Rustəm Abasov, Asif Mirili, Anar Məmmədxanov və əsas milli komandaya çağrılmış Vladimir Levin iştirak etmirlər. Onların yerinə məşqlərə əvəzedici heyətdən bir neçə futbolçu cəlb olunub.
